Modern.az

Dağlıq Qarabağın separatçı rəhbərləri Ermənistana çağrılıb

Dağlıq Qarabağın separatçı rəhbərləri Ermənistana çağrılıb

9 İyun 2011, 16:41

Sabah Ermənistan parlamentində Dağlıq Qarabağdakı qondarma qurumun nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bununla bağlı separatçı rejimin nümayəndəsi Aşot Qulyanın rəhbərliyi ilə bir qrup qarabağlı İrəvana gəlib.  Məlumatda qeyd olunur ki, iclasda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı erməni parlamentinin rəhbərliyi ilə müzakirələr aparılacaq. İclasda həmçinin Qarabağ münaqişəsinin həlli üçün parlament diplomatiyasının imkanları da nəzərdən keçiriləcək.

Görüş Ermənistan parlamentinin sədrinin iştirakı ilə keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi