Modern.az

Qafqaz Müsəlmanlar İdarəsi: “II Qaraginin azərbaycanlılarla görüşü barədə məlumat yoxdur”

Qafqaz Müsəlmanlar İdarəsi: “II Qaraginin azərbaycanlılarla görüşü barədə məlumat yoxdur”

9 İyun 2011, 17:03

“Erməni katalikosu II Qaraginin Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndələyi ilə görüşəcəyi ilə bağlı bizdə məlumat yoxdur”.  Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova erməni katalikosunun  Tiflisə səfəri zamanı yerli dini icmalar, o cümlədən müsəlman icması ilə görüşü ilə bağlı yayılan məlumatları Modern.az-a  şərh edərkən bildirib.

QMİ-nin nümayəndəsi vurğulayıb ki,  katalikos Gürcüstanın rəsmi qonağıdır. “Qonaq Gürcüstanın rəsmi qonağıdır və onun orda kimlərlə görüşməsi bizi maraqlandırmır və biz bu barədə münasibət bildirmək istəmirik”-deyə R.Dadaşova qeyd edib.

Qeyd edək ki, məlumata görə, erməni katilokosu iyunun 10-da Gürcüstana səfər edəcək. Bu səfər çərçivəsində onun  yerli dini icmalar, o cümlədən azərbaycanlı müsəlman icması ilə görüşün planlaşdırılır.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?