Modern.az

Azərbaycanlı deputat Makedoniyanın xarici işləri naziri ilə görüşüb

Azərbaycanlı deputat Makedoniyanın xarici işləri naziri ilə görüşüb

Təhsil

9 İyun 2011, 17:14

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində Makedoniyanın xarici işlər naziri Antonio Milososki ilə görüşüb. Parlament seçkilərində qalib gələn Makedoniya Milli Birlik Partiyasının (VMPO) əsas liderlərindən biri olan xarici işlər naziri Antonio Milososkini seçkilərdə qazandıqları uğur münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva qurulacaq yeni hökumətin Makedoniya-Azərbaycan münasibətlərinə xüsusi önəm verəcəyinə və ikitərəfli münasibətlərin, əməkdaşlığın genişləndirilməsi istiqamətində öz səylərini daha da artıracağına inandığını deyib. Millət vəkili makedoniyalı nazirə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar da verib və onu yaxın zamanlarda Bakıda görməkdən məmnun olacaqlarını bildirib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür