Modern.az

13 azərbaycanlı yazıçının əsərini taciklər bir kitaba toplayıb

13 azərbaycanlı yazıçının əsərini taciklər bir kitaba toplayıb

Təhsil

9 İyun 2011, 17:46

Azərbaycan yazıçılarının əsərlərindən ibarət “Mədinənin ürəyi” adlı kitab tacik dilində Düşənbə şəhərində nəşr olunub. Bububla da Azərbaycan-Tacikistan mədəni əlaqələrinin möhkəmlənməsi üçün iki dost xalq arasında daha bir körpü salınıb.

Kitabın müəllifi Tacikistan Yazıcılar İttifaqının üzvü, yazıcı Əzimkul Nəsimovdur. Kitaba Mirzə İbrahimovun “Mədinənin ürəyi” adlı hekayəsinin adını verilib. Kitaba Azərbaycan yazıçıları Mehdi Hüseyn, Mirzə İbrahimov, Yusif Vəzir Çəmənzəminli, Əli Vəliyev, Əhməd Mirzəcəfərli, Xalidə Hasilova, Hüseyn Abbaszadə, Əkrəm Əylisli, Vaqif Musa, Nahid Hacıyev, Samir Tağızadə, Adil Rəhimov və Elçinin əsərləri daxil edilib.

Azərbaycanın Tacikistandakı səfirliyinin əməkdaşları ilə görüşdə  Əzimkul Nəsimov bildirib ki,  bu kitabla o Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına olan dərin hörmətini bildirir, iki qardaş xalq  arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə vermək istəyir. Müəllif “Mədinənin ürəyi” adlı kitabın bir nüsxəsini Azərbaycan Yazıçılar İttifaqına çatdırılmasını xahiş edib.

Ləman Ağayeva
Düşənbə

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır