Modern.az

Hadi Rəcəbli: “Oğlum nə Aysel Teymurzadə tanıyır, nə də “Atəşgah” Sığorta Şirkətini alıb”

Hadi Rəcəbli: “Oğlum nə Aysel Teymurzadə tanıyır, nə də “Atəşgah” Sığorta Şirkətini alıb”

9 İyun 2011, 17:52

Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli oğlu barədə yayılan informasiyaların düzgün olmadığını deyir.

Modern.az saytına açıqlamasında deputat qeyd edib ki, onun oğlu Ədliyyə Nazirliyində çalışır və öz işi ilə məşğuldur: “Belə bir məlumatın uydurulub ortaya atılmasının səbəblərini anlaya bilmirəm. Guya Vüsal Aysel Teymurzadə ilə birgə “Atəşgah” Sığorta Şirkətini alıb. Tamamilə cəfəngiyyatdır. Hər halda belə məqamlar mətbuat üçün başucalığı deyil. Yalnız onu deyə bilərəm ki, oğlum nə Aysel Teymurzadəni tanıyır, nə də "Atəşgah" Sığorta Şirkəti alıb…”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir