Modern.az

Samir Şərifov USAID-in Azərbaycan missiyasının direktoru ilə yeni layihələrdən danışıb

Samir Şərifov USAID-in Azərbaycan missiyasının direktoru ilə yeni layihələrdən danışıb

9 İyun 2011, 19:13

İyunun 9-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni təyin olunmuş direktoru  Maykl Qrini qəbul edib. Tanışlıq xarekteri daşıyan görüşdə USAID ilə Azərbaycan Respublikası arasında hazırki əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. 

Maliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyət planları haqqında danışan M.Qrin bildirib ki, bu ilin sonunda rəhbərlik etdiyi missiya tərəfindən “Regional sosial-iqtisadi inkişafa dəstək layihəsi”nə başlanılacaq, səhiyyə sistemində isə yeni layihənin həyata keçirilməsi təklif olunur.  

USAID ilə Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi layihələrin qənaətbəxş şəkildə həyata keçirildiyini qeyd edən maliyyə naziri S.Şərifov bildirib ki, bu gələcək əməkdaşlıq üçün münbit zəmin yaradır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!