Modern.az

Jirinovski “Exo Moskvı”nın Dağlıq Qarabağa gedən müxbirini müdafiə etdi

Jirinovski “Exo Moskvı”nın Dağlıq Qarabağa gedən müxbirini müdafiə etdi

10 İyun 2011, 12:06

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiyanın xarici işlər  naziri Lavrova müracət edərək Azərbaycandakı səfir Doroxindən şikayət edib. Modern.az LDPR-in rəsmi saytına istinadən bildirir ki, qalmaqallı vitse-spiker XİN-ə ünvünlümış rəsmi məktubunda rus səfiri Vladimir Doroxinin “Exo Moskvı” radiostansiyasının baş redaktorunun müavini Sergey Buntmanla bağlı insidentə reaksiyasını qəbuledilməz hesab etdiyini bəyan edib.

Jirinovski məktubunda qeyd edib ki, heç bir vəchlə Azərbaycanın hüquqularını məhdudlaşdırmaq iddiasında deyil, amma Rusiya XİN bu məsələdə daha fəal mövqe tutmalıdır: “Müstəqil dövlət öz ərazisinə kimi buraxıb-buraxmamağa qərar vermək hüququna malikdir. Lakin Rusiya səfirindən öz ölkəsinin vətəndaşlarının hüquqularını qorumağı gözləyirik. Qeyd edilən hadisədə isə bizi narahat edən məqam Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin birtərəfli mövqeyidir. Hesab edirik ki, Rusiyanın xarici ölkələrdəki səfirləri öz vətəndaşlarının hüquqlarını müdafiə etməlidir, bu hüquqları güzəştə getməməlidir”.

Xatırladaq ki, Azərbaycan XİN işğal olunmuş ərazilərə səfər etdiyinə görə Sergey Buntmanı “persona non qrata” elan edib və ona Azərbaycan ərazisinə gəlməyə qadağa qoyub. Bu məsələni şərh edən Rusiya səfiri Vladimir Doroxin bildirib ki, Buntmanın adının “qara siyahıya” salınması Azərbaycanın suveren hüququdur: “Azadlıq – azadlıqdır. Lakin azadlıq həm də məsuliyyət hissi və başqalarının hüquqlarına hörmət deməkdir. “Exo Moskvı” radiostansiyasının rəhbəri Venediktova belə bəyanatlar verməyi qadağan edə bilmərəm. Lakin demək istəyirəm ki, o istənilən hərəkətin müəyyən nəticələr verə biləcəyini anlamalıdır. O aydın şəkildə təsəvvür etməlidir ki, bu, hansı nəticələrə gətirib çıxara bilər”.

“Təəssüf ki, bu məsələ xaricdə rus vətəndaşlarının hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə bağlı  yeganə fakt deyil. Hesab edirik XİN öz vətəndaşlarını müdafiə etmək üçün kifayət qədər resurslara malikdir”-deyə Jirinovski Lavrova müraciətində yazıb.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi