Modern.az

İtaliyada olan azərbaycanlı köçkün uşaqları vətənə qayıdır

İtaliyada olan azərbaycanlı köçkün uşaqları vətənə qayıdır

Təhsil

10 İyun 2011, 13:11

“1 iyun Dünya Uşaqlar günü ilə əlaqədar İtaliyaya gedən məcburi köçkün uşaqları birinci gün vətənə qayıdacaqlar”. Bu sözləri Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov deyib.

“Şuşanın musiqi məktəbinin şagirdləri, burda Musiqi Akademiyasında təhsil alan məcburi köçkün uşaqları hazırda ordadırlar və orda Azərbaycan mədəniyyətini təbliğ edirlər”.

20 nəfər şagirdin, o cümlədən müəllimlərin də getdiyini deyən Bayram Səfərov onların rəhbərinin icmanın idarə heyətrinin üzvi Mehdi Abdullayev olduğunu bildirib. İcmanın sədri şagirdlərin İtaliya ictimaiyyəti tərəfindən də yaxşı qəbul olunduqlarını söyləyib.

“1 iyun Dünya Uşaqlar Günüdür və burda məqsəd istedadlı uşaqların istedadlarını üzə çıxarmasıdır. Bununla əlaqədar bizim uşaqlar da Milan və Roma şəhərlərində olublar”.

Qeyd eək ki, uşaqların İtaliya səfərinin təşkilində Şuşa Mədəniyyət Şöbəsinin müdiri Zahid Abbasovun da rolu olub.

Modern.az

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir