Modern.az

11 amerikalı Azərbaycan dilini öyrənməyə gəlib

11 amerikalı Azərbaycan dilini öyrənməyə gəlib

10 İyun 2011, 14:46

Modern.az xəbər verir ki, 10 iyun tarixində 11 nəfərdən ibarət bir qrup ABŞ Dövlət Departamentinin Önəmli Dil Stipendiyası (ÖDS) Proqramı ilə Azərbaycan dilini öyrənmək üçün Bakıya gəlib. Amerika Şurası (American Councils) tərəfindən idarə olunan ÖDS proqramı Amerika universitetlərinin bakalavr və magistr tələbələri üçün ABŞ dövlətinin strateji əhəmiyyəti olan xarici dil kimi qəbul etdiyi Azərbaycan dilini öyrənmək üçün şərait yaradır.

Bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər və “dil yaşıdları”na (ev sahibi ölkənin universitet tələbələrinə) qoşulmaqla, yerli icmalarda könüllü fəaliyyətlə məşğul olmaqla və Bakıda yerli ailələrlə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDS iştirakçıları stipendiya proqamından sonra da dili öyrənməyə davam edəcəklər və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcəklər.

Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.

2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Stipendiyaları Proqramını başlatdı. Proqram ABŞ dövlətinin azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər