Modern.az

Fuad Muradov: "Bunu gənclərin yaşlı nəsilə təzyiqi hesab etmək olmaz"

Fuad Muradov: "Bunu gənclərin yaşlı nəsilə təzyiqi hesab etmək olmaz"

10 İyun 2011, 16:54

Milli Məclisdə Əmək Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün müəyyənləşdirilən 65 yaş məhdudiyyəti ali təhsil ocaqlarına da şamil olunmayacaq.
Qeyd edək ki, parlamentdə müzakirələr zamanı bəzi deputatlar yaşlı nəsilə belə məhduduiyyətin tətbiqi ilə razılaşmadıqlarını nümayiş etdiriblər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov bugünkü iclasda çıxış edərək bildirib ki, sözügedən məhdudiyyət gənc nəslin yaşlı nəsilə təzyiqi demək deyil.  
F.Muradov onu da vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün yaş senzinin tətbiqi ilə bağlı təşşəbbüs Prezident İlham Əliyevdən gəlib. O, deyib ki, Azərbaycan əhalisinin 60%-ni 35-40 yaşlarında olan gənclər təşkil edir.
“Biz həmişə yaşlı nəslin təcrübəsindən bəhrələnmişik” deyə deputat bununla yanaşı gənclərə yol açılmasının vacibliyini qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi