Modern.az

Türkiyə Səfirliyindən təbrik ziyarəti (FOTOLAR)

Türkiyə Səfirliyindən təbrik ziyarəti (FOTOLAR)

10 İyun 2011, 18:53

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Yavuz Bayram Maraş “Türküstan” qəzetinin nəşrə başlamasının beş illiyi münasibətilə qəzetin redaksiyasını ziyarət edib.

Görüşdə Türkiyə və Azərbaycan, o cümlədən Türk dünyası mediasının hazırkı durumu, media qurumları arasında əlaqələr vəziyyəti müzakirə olunub. Y.B.Maraş son dövrlər Azərbaycan-Türkiyə, həmçinin Türk dünyasının medıasının bir araya gəlməsi istiqamətində görülən işlərdən danışıb.  Bu prosesdə “Türküstan” qəzetinin hər zamankı kimi öncül rol alacağına ümid etdiyini bildirib.

Göstərilən diqqətə görə diplomata təşəkkürünü çatdıran “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal  qəzetin fəaliyyət göstərdiyi 5 ildə daha çox Türk dünyasının inteqrasiyasına çalışdıqlarını, bu missiyanı bundan sonra davam etdirəcəklərini qeyd edib.



Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir