Modern.az

Nazirlik əlil uşaqların yaşadığı internat evllərinə səfər təşkil edib

Nazirlik əlil uşaqların yaşadığı internat evllərinə səfər təşkil edib

10 İyun 2011, 19:02

İyunun 10-da YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Xidmətinin rəisi Natiq Qasımov, Təhsil Nazirliyinin və ayrı-ayrı QHT-lərin nümayəndələri ƏƏSMN-nin Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı və Xəzər rayonunun Şağan kəndindəki 3 saylı əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evlərində olub, əsaslı təmir və yenidənqurmadan sonra bu internat evlərində yaradılan şəraitə baxış keçiriblər.

Bu barədə Modern.az-a  Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
İnternat evlərinə baxış zamanı məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb.  

Qonaqlar internat evlərində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları ilə tanış olublar.

Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün yaradılmış reabilitasiya kabinələrinin, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklərin fəaliyyətini əyani şəkildə müşahidə edən qonaqlara dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - de-istitusionallaşdırma məsələsi ilə bağlı məlumat verilib. Hər iki internat evində bu  istiqamətində işlərin görüldüyü və artıq bir qisim uşağın doğma ailələrinə qovuşmasına nail olunduğu diqqətə çatdırılıb.

“Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondu, Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi və  YUNİSEF-in birgə təşkilatçılığı ilə “İmkanlara məhdudiyyət yoxdur” layihəsi üzrə marifləndirmə kompaniyasına da start verilib. Layihə çərçıvəsində  qüsurlu uşaqların cəmiyyətə  inteqrasiyasına  kömək  məqsədi ilə muxtəlif  bukletlər çap olunaçaq, reklam lövhələri, videocarxlar, web sayt hazırlanaçaq”-deyə nazirlikdən bildirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı