Modern.az

İlham Əliyev Britaniya kraliçasını təbrik edib

İlham Əliyev Britaniya kraliçasını təbrik edib

Təhsil

10 İyun 2011, 19:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

- Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Bu gün Azərbaycan ilə Birləşmiş Krallığı sıx dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, bir sıra mühüm sahələri əhatə edən iş birliyimizin müvəffəqiyyətlə davam etdirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına sülh və firavanlıq diləyirəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir