Modern.az

Diplomatik korpus yenə İctimai Palata ilə görüşdü

Diplomatik korpus yenə İctimai Palata ilə görüşdü

10 İyun 2011, 19:21

Əli Bilgə Cankorel bildirib ki, toplantı müxalifətin hazırladığı "Demokratiyaya keçidin yol xəritəsi" adlı sənədin müzakirəsinə həsr olunub

Bu gün axşam saat 17 radələrində beynəlxalq təşkilatların Bakıda yerləşən nümayəndəliklərinin və bir sıra aparıcı demokratik dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri İctimai Palatanın təsisçiləri görüşə gəliblər.

Modern.az
“musavat.com”-a istinadən bildirir ki, İP rəhbərləri ilə diplomatların görüşü təxminən saat yarım çəkib və 18.30-da başa çatıb. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel görüş barədə məlumat verərək bildirib ki, toplantı İctimai Palatının təşəbbüsü ilə keçirilib və müzakirə mövzusu əsasən İctimai Palatanın hazırladığı "Demokratiyaya keçidin yol xəritəsi" adlı sənədin müzakirəsinə həsr olunub. Bundan başqa, Cankorel görüşdə Azərbaycandakı ictimai-siyasi durumun da müzakirə predmeti olduğunu bildirib.

Müsavat başqanı İsa Qəmbər jurnalistlərə açıqlamasında Cankorelin söylədiyindən fərqli bir söz deməyib. Müsavat başqanı görüşün faydalı olduğunu qeyd edib.

Görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli, Norveç və Böyük Britaniya səfirləri, ABŞ səfriliyinin siyasət məsələləri üzrə katibi və başqa diplomatlar olub. Onlar media təmsilçilərinə heç bir açıqlama verməyərək görüş keçiriləsi otağa gediblər.

İctimai Palata tərəfdən diplomatlarla Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İP-in Koordinasiya Şurasının üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Zəfər Quliyev görüşürlər. Görüş qapalı keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi