Modern.az

Gürcüstanda azərbaycanlıların siyasi aktivliyi artıb – Deputatdan AÇIQLAMA

Gürcüstanda azərbaycanlıların siyasi aktivliyi artıb – Deputatdan AÇIQLAMA

Aktual

26 Oktyabr 2017, 13:50

Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Tbilisinin meri Kaxa Kaladze seçilib. Bələdiyyə və mer uğrunda gedən mübarizədə azərbaycanlılar da qalib gəlib.

 

“Gürcü arzusu” partiyasında təmsil  olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında  bu dəfəki seçkilərdə azərbaycanlı namizədlərin üstünlüyünü xüsusi vurğulayıb.

 

“Oktyabrın 1-nə təyin olunan bələdiyyə və mer seçkiləri uğurla başa çatdı. Azərbaycanlılar bu dəfəki seçkilərdə çox aktiv iştirak etdilər. Azərbaycanlı Teymur Abbasov Marneulinin  icra hakimi (mer) seçildi. Digər bölgələrdə də azərbaycanlılar arasında bələdiyyə seçkilərində iştirak edib qələbə çalanlar oldu”.

 

Deputat deyib ki, bələdiyyə seçkilərinə 20 namizəd təqdim olunmuşdu.

 

“20 namizəddən  13-ü azərbaycanlı idi. Həmin 13 nəfər majoritar qaydada seçkilərdə qalib gəldi. Bu da onu göstərir ki, artıq Gürcüstanda yaşayan azərbaycanlılar yavaş-yavaş adıçəkilən ölkənin ictimai-siyasi işlərinə qatıla bilirlər”

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı