Modern.az

Polis bu qadının yaxınlarını axtarır - FOTO  

Polis bu qadının yaxınlarını axtarır - FOTO   

27 Oktyabr 2017, 10:57

Cari il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş  yol - nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.


Daxili İşlər Nazirliyindən Modern.az-a bildirlib ki, şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.  


Həmin qadınını xarakterik əlamətləri belədir:  orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.   


Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan  DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

             

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub