Modern.az

İki Milli Qəhrəmanın doğum günüdür

İki Milli Qəhrəmanın doğum günüdür

Aktual

27 Oktyabr 2017, 12:22

Bu gün Milli Qəhrəmanlar Elbrus Allahverdiyev və İqor Makeyevin doğum günüdür.

 

Modern.az xəbər verir ki, Elbrus Hacı oğlu Allahverdiyev 1958-ci ildə oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin mayında leytenant rütbəsində könüllü olaraq cəbhəyə gedib, Ağdam istiqamətində artilleriya batareysının komandiri kimi döyüşlərə başlayıb, sonra divizion komandiri olub, düşmənin onlarla qüvvəsi və texnikasını sıradan çıxarıb, Ağdərə istiqamətində xüsusi sücaət göstərib, 1993-cü il iyunun 16-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə 3 dəfə düşmənin hücumlarını dəf edib, yaralanıb və həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adı verilib.

 

Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

 

İqor Vladimiroviç Makeyev 1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, Ağdam, Tərtər, Ağdərə istiqamətlərində sücaətlə vuruşub. 1992-ci il avqustun 2-də Ağdərə rayonu ərazisində “Vışka” yüksəkliyi uğrunda döyüşdə pulemyotçu kimi axıra qədər vuruşub, 28 nəfərin mühasirədən çıxmasına şərait yaradıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adı verilib.

 

Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sadıllı qəsəbəsində adına küçə var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür