Modern.az

Erməni tələbələrə əsgərlikdən möhlət hüququ verilməyəcək

Erməni tələbələrə əsgərlikdən möhlət hüququ verilməyəcək

27 Oktyabr 2017, 12:56

Ermənistan parlamenti hərbi xidmətdən möhlət hüququnu ləğv edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqda Qanun” layihəni müdafiə naziri Viqen Sarkisyan təqdim edib. 89 deputat qanunu leyhinə səs veriblər.

 

Qanuna əsasən, erməni tələbələrinin möhlət hüququ ləğv edilir. Qanun müəllifləri Müdafiə Nazirliyi ilə xüsusi müqavilə imzalayaraq gələcəkdə orduda zabit kimi 2 il xidmət keçəcək  tələbələrə hərbi xidmətdən möhlət hüqunun veriləcəyini  bildirib.

 

Qərar erməni tələbələrinin etiraz aksiyası ilə müşaiyət olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?