Modern.az

Bakı meriyası REAL-a qurultay üçün yer verməkdən imtina etdi

Bakı meriyası REAL-a qurultay üçün yer verməkdən imtina etdi

27 Oktyabr 2017, 13:21

Xəbər verdiyimiz kimi,  REAL Hərəkatı oktyabrın 29-da da təşkilatın partiyaya çevrilməsi üçün  I təsis qurultayını keçirməyi planlaşdırır.  REAL yer ayrılmasından ötrü əlaqədar qurumlara da müraciət edib. 

 

REAL  Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə 3 məkan təklif edib. Təşəbbüs qrupunun müraciətində dövlət qurumlarından xahiş edilir ki, 3 məkandan biri – Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, Təbriz Kinoteatrı və ya Bakı Kinoteatrı qurultaydan ötrü bir günlüyə hərəkatın istifadəsinə ayrılsın.

 

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, REAL-a  təsis qurultayının keçirilməsi üçün yer verilməsindən imtina edilib:

 

“Dünən müraciətimizə rəsmi cavab verildi və yer verilməkdən imtina olundu. Açığı, digər partiyaların bu günə qədər müraciət etdiyi yerləri təklif etmişdik.

Həmin yerlərdə tədbirlərin olduğunu, oktyabrın 29-u boş olmadığını səbəb kimi göstərərək müraciətimizə müsbət cavab vermədilər. Biz də  müxtəlif günlərin təyin edilməsi şərti ilə yenidən müraciət ünvanlayacağıq. Yəni heç olmasa özləri istədikləri günü seçsinlər və biz də təsis qurultayını keçirə bilək. Güman ki, bu gün onunla bağlı mətbuata rəsmi açıqlamamız yayılacaq. Yer təyin olunandan sonra dəvətnamələr paylanılacaq”.

Ötən həftə Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (REAL) partiyaya çevrilməsindən sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

 

Müsahibimiz bundan da söz açıb:

 

“Erkin Qədirli REAL-dan getmir. Sadəcə öncədən REAL partiyasında  vəzifə tutmaqdan imtina etdiyini bəyan edib. REAL tək bir partiyadan ibarət deyil, bizim başqa çevrələrimiz də var. Yəni partiyanın təsis olunmasından asılı olmayaraq REAL-ın davam edən  layihələri, mühazirələri mövcuddur. Erkin Qədirli isə həmin layihələrdə aparıcı rol oynamaqda davam edəcək. Yenə ofisdəyik, bir yerdəyik və heç bir problem yoxdur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir