Modern.az

Bakıda “Airporttaxi” fəaliyyətə başlayacaq

Bakıda “Airporttaxi” fəaliyyətə başlayacaq

Aktual

27 Oktyabr 2017, 13:40

“Yaxın vaxtlarda “Airporttaxi” fəaliyyətə başlayacaq”. Bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, hazırda BNA ilə  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə danışıqlar aparılır:


“Hər iki qurum bu istiqamətdə işlərə başlayıb. Məqsəd Heydər Əliyev Beynəlxalq Hava Limanında xarici qonaqlara,eləcə də ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılmasıdır”.


M.Ağayev bildirib ki, xidmət çərçivəsində hava limanında xidmət edəcək taksilərə və onların sürücülərinə dair xüsusi tələblər də müəyyən edilib. İşə cəlb olunacaq sürücülərin xarici dil bacarıqları nəzərə alınacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır