Modern.az

Zaqatalada qasırğa rayon infrastrukturuna ciddi ziyan vurub (FOTOLAR)

Zaqatalada qasırğa rayon infrastrukturuna ciddi ziyan vurub (FOTOLAR)

Təhsil

13 İyun 2011, 14:12

Zaqatala rayonunda leysan yağışları ilə müşayiət olunan güclü qasırğa baş verib. Bir saata yaxın  davam edən qasırğa nəticəsində fərdi və ictimai yaşayış binalarının, sosial və dövlət obyektlərin dam örtüyünü külək uçurub.  Qasırğa Yevlax-Zaqatala-Gürcüstan magistralının Zaqatala rayonu ərazisində də bir sıra fəsadlar yaratdığından nəqliyyatın hərəkəti bir müddət dayanıb.
Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından Modern.az-a verilən məlumata əsasən, ilkin hesablamalara görə qasırğa nəticəsində ümumilikdə rayon ərazisində 26 çoxmərtəbəli binanın dam örtüyü yararsız vəziyyətə düşüb.  
Humanitar Fənlər Gimnaziyası, 5 saylı orta məktəb daxil olmaqla Zaqatalanın 10 təhsil müəssisəsi də qasırğadan ciddi zərər çəkib. Qasırğa nəticəsində rayon ərazisində 300-ə yaxın  irigövdəli ağac aşıb. Təkcə Zaqatala rayon Mədəniyyət və istirahət parkında aşan ağacların sayı 70-ə çatır. Parkın ərazisindəki 10-a yaxın nəqliyyat vasitəsinə müxtəlif dərəcəli ziyan dəyib.
Güclü leysanla müşayiət olunan qasırğa rayonun elektrik enerjisi və rabitə təsərrüfatlarına da ciddi ziyan vurub . Belə ki, rayon ərazisində 100-ə yaxın elektrik dirəyi aşıb, elektrik naqilləri qırılıb, rabitə xətləri sıradan çıxıb.  Rayon sakinləri baş verən qasırğanın uzun müddət davam edəcəyi təqdirdə fəsadlarının da böyük və geniş olacağını bildirir.
Zaqatala FHK-nın əməkdaşları ilkin olaraq yol infrasturukturunun bərpasını həyata keçiriblər. Hazırda rayonun müvafiq idarə və təşkilatları qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.
Elman Ramazanov rayona verilən elektrik enerjisinin bir hissəsinin artıq bərpa olunduğunu, günün sonuna kimi isə bütün xətlərin birləşdiriləcəyini bildirib.





Xaliq Qurbanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır