Modern.az

5 il “Türküstan” yollarında... (Fotossesiya)

5 il “Türküstan” yollarında... (Fotossesiya)

Reportaj

13 İyun 2011, 15:04

“Türküstan” qəzetinin nəşrə başlamasından 5 il ötür. Modern.az  “”Türküstan”ın  5 illik fəaliyyətini əks etdirən fotoşəkilləri qəzetin baş redaktoru Aqil Camalın bələdçiliyi ilə təqdim edir.


 

“Adımız məfkurəmizdir” - Andımıza hər zaman sadiq qaldıq 

 

Kanadadan gəlmiş  Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım “Türküstan”ın qonağıdır

 

Redaksiyamızda bir Türküstan dünyası yaranmışdı – (soldan) qazax türkü, Türk Xalqları Assambleyasının prezidenti, akademik Yermentay Sultanmurat, “Türküstan”ın qurucusu Tofiq Seyid, özbək türkü, akademik Bəxtiyar Kərimov, uygur türkü, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Abdulhamit  Afşar və qəzetimizin məsləhətçisi Aydın Mədətoğlu  (aprel 2007) 

 

İraq Türkman Cəbhəsinin sədri Sadettin Ergec “Türküstan”a Kərkükün acı durumunu anladır  

 

Böyük öndərin nəvəsi Rəis Rəsulzadə “Türküstan”da  gənclərə xitab edir 

 

“Əl-Cəzirə” telekanalı “Türküstan”dan danışır. Güney Azərbaycan məsələsini daim gündəmdə saxlayan media qurumu kimi…   

 

Çuvaşıstan Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı İlya İvanov və türkiyəli jurnalist Hüseyn Adıgözəl “Türküstan”da 

 

“Türküstan” Nuru Paşa əsgərlərinin Azərbaycandakı övladları ilə gəncləri görüşdürür    

 

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu “Türküstan” rəhbərliyini qəbul edib (2007)

 

Türk dünyasının böyük oğlu, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaş – həm sevincli, həm duyğulu… (noyabr 2010)  

 

GünAZ TV-nin rəhbəri  Əhməd Obalı “Türküstan”da gənclərlə görüşür  

 

GünAZ TV-ni  “Türküstan”ın böyük qardaşı sayırıq  

 

- Gəncə “Türküstan”lıları. Onları bir yerə toplayan “Türküstan”dır 

 

Dünya Uyğur Konqresinin liderlərindən Erkin bəy “Türküstan”da  

 

Saytımızın təqdimatı. Onu  gənclər  “Türküstan”a  hədiyyə  etmişdi  

 

Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan “Türküstan”la tanış olur

 

KİVDF-nin keçirdiyi ilk jurnalist müsabiqəsinin qalibləri sırasında. Mükafatı Azay bəy təqdim edir 

 

22 iyul 2010. Milli Mətbuat Günü, “Gülüstan” sarayı - Bu mükafat “Namus böhranı” adlı fərdi jurnalist yazımızadır 

 

Sadiq oxucumuz Xalq şairi Zəlimxan Yaqub “Türküstan” mənim ruhumun qəzetidir” deyir

 

Yazıçı Seyran Səxavət “Türküstan” ocağında  

 

Məktəbdə görüş – Bu şagirdlər Türk əsgərinə dəstək üçün öz aralarında pul toplayaraq Türkiyə Səfirliyinə təqdim etmişdilər     

 

Pop-star  Çelik Eriş “Türkçüyəm,  Atatürkçüyəm”  deyir 

 

Sən bizimsən, bizimsən… “Türküstan”!  

 
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır