Modern.az

Qarabağ qaziləri Türkiyə səfirliyinə məktub göndəriblər

Qarabağ qaziləri Türkiyə səfirliyinə məktub göndəriblər

13 İyun 2011, 15:26

“Qarabağ qaziləri” ictimai birliyi iyunun 12-də qardaş Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrindən razı qalıblar. Bu barədə birliyin sədri Etimad Əsədov məlumat verib. Onun sözlərinə görə, bu gün birlik bununla bağlı Türkiyənin ölkəmizdəki səfirliyinə təbrik məktubu göndərib:
“Biz də digər həmvətənlilərimiz kimi, Türkiyədə keçirilən növbəti parlament seçkilərini diqqətlə izləyirdik. Həm seçki öncəsi vəziyyət, namizədlərin təbliğat və təşviqat kampaniyaları, həm də seçki günü səsvermə prosesi tam demokratik, şəffaf, ədalətli şəraitdə başa çatmasına çox sevinirik. Bir qardaş ölkə olaraq Türkiyənin uğurlarına həmişə sevinir, acılarına isə kədərlənirik. Dünən bütün dünyanın - türklərin dostlarının da, düşmənlərinin də gözü Türkiyədə idi. Qardaş ölkə növbəti seçki sınağından üzü ağ çıxdı. Türkiyə bununla bir daha dünyaya demokratiya dərsi keçmək niyyətində olan dövlətlərə sözün yaxşı mənasında böyük dərs verdi”.  

Qarabağ qaziləri seçkidə qalib gəlmiş Ədalət və İnkişaf Partiyasının üzvlərini, onun rəhbəri Rəcəb Teyyub Ərdoğanı da təbrik ediblər:
“Biz parlament seçkilərində xalqın əksəriyyətin səsini toplayıb qalib gələn  Ədalət və İnkişaf Partiyasını, onun rəhbəri, Türkiyənin baş naziri  Rəcəb Teyyub Ərdoğanı təbrik edirik. Düşünürük ki, yenidən təkbaşına hökumət formalaşdırmaq şansı əldə etmiş hörmətli Rəcəb Teyyub Ərdoğan Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həllində xalqımıza yardımçı olacaqdır. Dünyəvi, hüquqi, milli və dini dəyərlər sadiq bir hakimiyyətin Azərbaycana böyük fayda verəcəyini düşünürük”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı