Modern.az

Azərbaycanda ilk virtual qəzet yaradılıb

Azərbaycanda ilk virtual qəzet yaradılıb

13 İyun 2011, 15:51

Ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin yeni elektron versiyası – virtual qəzet oxucuların istifadəsinə verilib.

Nazirlikdən bildirblər ki, artıq istifadəçilər //www.muallim.edu.az saytına daxil olaraq qəzetə tam görünüşdə baxa, səhifələyə və istədiyi səhifəni böyüdərək oxuya bilərlər. Təhsil Nazirliyinin proqramçıları tərəfindən hazırlanmış yeni elektron versiya qəzetdəki informasiyalarla tam tanış olmağa, bütün məlumatları izləməyə, ayrı-ayrı məqalə və sənədləri olduğu kimi görməyə imkan verir. Qəzetin saytında materiallar bölmələr üzrə yerləşdirildiyindən məqalələri oxumaq üçün onları tək-tək axtarmaq zərurəti yaranırdısa, yeni virtual qəzetdə bütün səhifələr göz önündədir.

Yeni virtual qəzet  “Elektron Azərbaycan” Dövlət Proqramı və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Təhsil Nazirliyində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi yaradılıb. Azərbaycanın mətbuat tarixində ilk dəfə belə bir mütərəqqi yeniliyə imza atan “Azərbaycan müəllimi” qəzetinin bu addımı yalnız geniş oxucu auditoriyasının, çoxminli təhsil işçilərinin, şagird və tələbələrin daha rahat informasiya almaq imkanlarının artırılması, təhsil sahəsində həyata keçirilən islahatların, qazanılmış uğurların ictimaiyyətə çatdırılması yollarının genişləndirilməsi məqsədlərinə xidmət edir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir