Modern.az

Sabancı Universiteti azərbaycanlı tələbələrin təqaüd proqramına daxil olub

Sabancı Universiteti azərbaycanlı tələbələrin təqaüd proqramına daxil olub

Təhsil

13 İyun 2011, 16:22

Türkiyənin Sabancı Universiteti SOCAR-ın xaricdə, neft sənayesinə uyğun sahələrdə bakalavr və magistr təhsili alan, Azərbaycanlı  tələbələrə təmin etdiyi təqaüd proqramına daxil olub.

Bununla bu ali təhsil müaəssisəsi ölkəsində və dünyada prestiji olan müvəffəqiyyətli universitetlərin qəbul edildiyi, dünyanın bir çox ölkəsindən öndə gələn universitetlərin iştirak etdiyi SOCAR-ın  Təqaüd Proqramına girməyə haqq qazanan Türkiyənin ikinci özəl universiteti olur.

Qeyd edək ki, SOCAR-ın Təqaüd Programından faydalanan, İngiltərədə 52, Almaniyada 22, Fransada 15, ABŞ 12, Türkiyədə 5, Norveç, Hollandiya, İsveç və Kanadada 3'er, Avstriya, Rusiya və Maltada da 1 olmaq üzrə cəmi 118 məzun və tələbə var.

Proqram çərçivəsində hər il, xaricdə, təqaüd programında iştirak edən universitetlərin birində bakalavr və magistr təhsili alan 50 Azərbaycan vətəndaşına  təqaüd verilir. Təqaüd proqramına müraciət edən tələbələrin Azərbaycan dili ilə yanaşı qeydiyyat olduqları universitet tərəfindən tələb olunan dili yaxşı dərəcədə bilmələri  lazımdır.

Təqaüd daxilində, təqaüd almağa haqq qazanan tələbənin ildə bir dəfə  təhsil aldığı ölkəyə təyyarə ilə gəlib getməsi, təhsil haqqı, qidalanma və yaşayış xərcləri, viza xərcləri vs. təmin edilir. Tələbənin iradəsindən asılı olmayan səbəblərdən dolayı  təqa?d xərcləri artarsa​​,  əlavə xərclər SOCAR ilə tələbə arasında imzalanmış müqavilədə müəyyən edilmiş şəkildə SOCAR  tərəfindən ödənilir.

Geri  qaytarmamaq şərti ilə verilən bu təqaüd programı tələbənin təhsilini yarımçıq buraxması və iş həyatına atılması hallarında 5 il ərzində SOCAR-da işləməsi şərtini qoyur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü