Modern.az

Azərbaycanlı ekspert dünyanı gözləyən yeni böhrandan danışır

Azərbaycanlı ekspert dünyanı gözləyən yeni böhrandan danışır

Qarabağ

13 İyun 2011, 16:26

Vüqar Bayramov: “Payızda qlobal maliyyə böhranının ikinci dalğası başlaya bilər”

Dünyadakı  iqtisadi inkişaf meyillərində azalmalar baş verəcək. Bu barədə məlumat Dünya Bankının (DB) son açıqlamasında yer alıb. Belə ki, DB əksər ölkələr üzrə 2011-ci il üçün olan proqnozlarını dəyişib. Əgər 2010-cu ildə DB dünyada  3,8 faizlik iqtisadi inkişafın qeydə alınacağını bildirsə də,  2011-ci ildə bu rəqəmi 3,2 faiz göstərib. Aparıcı ölkələrin,o cümlədən ABŞ iqtisadiyyatında    azalma meyillərinin  davam edəcəyi güman edilib. Aşağı proqnozun  həmçinin Yaponiya, Avropa, hətta Çin və Hindistan iqtisadiyyatları üçün xarakterik olacağı gözlənilir.

İqtisadçı-alim Vüqar Bayramov deyir ki, DB-nın son proqnozları, dünyada iqtisadi azalama tempinin davam etməsi  yeni böhranın yaradacağı istiqamətində gözlənti yaradır: “ Dünya Bankının açıqlamaları göstərir ki, cari ilin payız fəslindən başlayaraq dünya iqtisadiyyatında azalmalar daha da kəskinləşəcək. Bu da 2011-ci ilin payızından qlobal iqtisadi böhranın ikinci dalğasının müşahidə edilməsi demək ola bilər”.

 V.Bayramovun sözlərinə görə, böhranla bağlı narahatçılıq həm Dünya Bankının proqnozlarında iqtisadi artım templərinin azalması, həm də  neftin dünya bazar qiymətinin yüksək olmasının bir sıra sahələrdə real sektor üçün ciddi problem yaratmasından irəli gəlir: “Bəzi aparıcı ölkələrin real sektorlarında problemlər müşahidə edilməkdədir. Son proqnozlardan sonra dünya iqtisadiyyatında böhranın olacağı istiqamətində kifayət qədər ciddi narahatçılıq var. O baxımdan payızda dünya iqtisadiyyatında böhran meyillərinin dərinləşməsi və dünyanı qlobal maliyyə böhranının ikinci dalğasının vuracağı  güman edilir”.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı