Modern.az

Səfər Əbiyev özbək nazirlə təkbətək görüşüb

Səfər Əbiyev özbək nazirlə təkbətək görüşüb

13 İyun 2011, 16:47

İyunun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Kabul Berdiyevin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Fəxri Xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanda şəhidlərin məzarlarını ziyarət etdikdən sonra özbəkistanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Modern.az-a bildirib ki, geniştərkibli görüşdə müdafiə nazirləri Azərbaycanla Özbəkistan arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparıblar.

Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir