Modern.az

Daha 3 qəzetin adı Mətbuat Şurasının "qara sıyahısı"na salınacaq

Daha 3 qəzetin adı Mətbuat Şurasının "qara sıyahısı"na salınacaq

13 İyun 2011, 18:04

Bu gün Azərbaycan Mətbuat Şurası «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi komissiyanın üzvləri 8 mətbu nəşrlə bağlı məsələləri araşdırıblar. Öncə Şuranın Şikayətlər üzrə Komissiyasının  26 may 2011-ci il tarixli iclasının tövsiyəsinə uyğun olaraq 3 qəzet barədə müzakirələr aparılıb. Digər 5 şikayət isə Şuranın Katibliyi tərəfindən təqdim olunub.

Komissiya mətbu nəşrlərdən 3-nün fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlərin özünü açıq şəkildə biruzə verdiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, fəaliyəti narazılıq doğuran KİV-lərdə gedən digər materiallar da müzakirə predmetinə çevrilə bilər. Buna görə də onların adlarının MŞ-nin «qara siyahı»sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunmalıdır.

Komissiya digər 5 qəzetlə bağlı araşdırmaların davam etdirilməsini məqsədəuyğun sayıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu