Modern.az

Jalə Əliyeva: "Dövlət idarələrində rusca danışanlar barəsində tədbir görülməlidir"

Jalə Əliyeva: "Dövlət idarələrində rusca danışanlar barəsində tədbir görülməlidir"

Parlament

13 İyun 2011, 18:13

Jurnalistlər gün ərzində informasiya əldə etməyə çalışarkən müxtəlif maneələrlə üzləşirlər. Zaman-zaman rast gəlinən problemlərdən biri də bəzi dövlət və özəl qurumlarda çalışanların Azarbaycan dilində danışa bilməməsi və ya danışmaq istəməməsidir. Bu zaman dövlət dilinə sayğısızlıq edənlər rus dilindən istifardə etməyə üstünlük verirlər.
Modern.az saytının əməkdaşı “Azərenerji” ASC-yə zəng edərkən komutatora cavab verən xanım rus dilində cavab verib, Ona Azərbaycan dilində ünvanlanan sualları anlamadığını bildirərək əməkdaşımızdan rusca danışmağı istəyib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvi Jalə Əliyeva belə hallara qarşı ciddi etiraz etməyin vacibliyini vurğulayıb.  
Azərtbaycan Respublikasının Konustitusiyasında və dil haqqında qanununda Azərbaycanın dövlət idarələrində və müəssisələrində Azərbaycanın dövlət dilinın Azərbaycan dili olduğunu xatırladan həmsöhbətimiz qeyd edib ki, hər bir kəs bu dillə danışmağa və yazmağa məcburdur. “Təbii ki, bu həmin qurumun minusudur. Birmənalı olaraq qəbul edilməzdir. Bu ölkənin dövlət qurumunda çalışırsansa, dövlət dilində də danışmalısan. Bu məsələ ilə bağlı həmin dövlət qurumunun rəhbərliyinə müraciət edilməlidir”-deyə millət vəkili qetd edib.  

Sədaqət Süleymanova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır