Modern.az

“Veysəloğlu” şirkəti yüksək bal toplayan tələbələrə təqaüd ayırdı - FOTO

“Veysəloğlu” şirkəti yüksək bal toplayan tələbələrə təqaüd ayırdı - FOTO

30 Oktyabr 2017, 14:03

Bu gün “Veysəloğlu Qrup” Təlim və Tədris Mərkəzində şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olunaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. 

Modern.az xəbər verir ki, görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulayıb.


Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şəraitdən razı qaldıqlarını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

           
Qeyd edək ki, Veysəloğlu şirkətinin 16 nəfər əməkdaşının övladı 2017-2018 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə Veysəloğlu Tələbə Təqaüd Proqramının (VTTP) İştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcək. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.

           
Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən, ümumilikdə 50-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi