Modern.az

Bakı-Tbilisi-Qarsın ilk qatarları yola salındı - YENİLƏNİB

“Bakı-Tbilisi-Qars”ın ilk qatarları yola salındı - YENİLƏNİB

Aktual

30 Oktyabr 2017, 16:03

Bu gün Azərbaycan paytaxtındakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış mərasimi keçirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin qatıldığı mərasimdə dövlər başçıları çıxış ediblər.

Modern.az rəsmi mətbuata istinadən xəbər verir ki, çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olunub.

Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürüblər və birgə foto çəkdiriblər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşüblər.



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!