Modern.az

AFFA-nın mətbuat katibi “Kəpəz”dən ayrıldı  

AFFA-nın mətbuat katibi “Kəpəz”dən ayrıldı   

30 Oktyabr 2017, 16:11

“Kəpəz” Futbol Klubunda uşaq-gənclər komandalarının inkişafını gücləndirmək, klubda çalışan məşqçilərin təhsil səviyyəsini yüksəltmək, idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz” Futbol Klubunun Müşahidə Şurasındakı nümayəndəsi Mikayıl Quluyev (Nərimanoğlu) geri çağırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə AFFA-dan xəbər verilib.

“Kəpəz”in Müşahidə Şurasına AFFA tərəfindən təyin olunacaq nümayəndə barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mikayıl Nərimanoğlu 2015-ci ildə "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvi seçilib.  O, həmçinin AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir