Modern.az

Bakıda mis və kabel oğruları tutuldu  

Bakıda mis və kabel oğruları tutuldu   

30 Oktyabr 2017, 16:28

Oktyabrın 28-də naməlum şəxsin Yasamal rayonu ərazisindəki  MTK-lardan birindən naqil oğurlaması, bu zaman onu saxlamağa cəhd göstərərkən mühafizəçini bıçaqla hədələyərək hadisə yerindən qaçması barədə, həmçinin tikintisi başa çatmamış daha bir binadan kabel oğurluğu barədə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə məlumatlar daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılaraq Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların  paytaxt sakini Həmid Ələkbərov və Sarıstan Özbəkzadə olduqları, dəfələrlə həmin kompleksdən və tikintisi başa çatmamış binadan oğurluq etdikləri məlum olub.

 

MTK-dan 5 kiloqram, tikintisi başa çatmamış binadan isə 2000 metr mis naqil oğurladıqlarını etiraf edən H.Ələkbərov və S.Özbəkzadə onları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

 

Polis əməkdaşları tərəfindən maddi sübutlar əlvan metal qəbulu məntəqələrindən götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı