Modern.az

Nizami məqbərəsindən oğurluq edənlər tutulub (FOTOLAR)

Nizami məqbərəsindən oğurluq edənlər tutulub (FOTOLAR)

Təhsil

14 İyun 2011, 13:01

st1:*{behavior:url(#ieooui) }

Gəncədəki Nizami Məqbərəsinin ətrafında ağacların suvarılması üçün çəkilən su borularını oğurlayan şəxslər saxlanılıb. Saxlanılan şəxsin  biri qadındır. Su boruları Nəqliyyat Nazirliyinin Gəncə 4 saylı Yol Yaşıllaşdırma MMC-nin balansına məxsusdu. 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyunun 12-də axşam saat 21.00 radələrində  Gəncə şəhər 4 saylı MİS- də fəhlə işləyən Vüqar Məmmədov,  Zahir Qədimov və onun  həyat yoldaşı Nuridə Nərimanova əlbir olaraq  Bakı –Gəncə istiqamətində yolun sol hissəsində yerləşən F- 159 mm diametrli olan 115 metr dəmir boruları kəsib aparakən yaxalanıblar. Onlar boruları hər 5 metrdən bir qaynaq aparatı ilə kəsiblər.   Saxlanılan şəxslərin məqsədi ümumi  məbləği 1725 manat dəyərində olan boruları metal əritmə məntəqələrinə təhvil vermək olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 177.2.1 maddəsilə cinayət işi başlanıb, istintaq gedir.   Cinayətləri sübuta yetirilərsə, onların hər üçünü 3 ildən 7 ilədək  məhkumluq həyatı gözləyir.  Xaliq Qurbanov Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı