Modern.az

Akif Çovdarova iş kəsildi, general rütbəsi geri alınacaq - YENİLƏNİB

Akif Çovdarova iş kəsildi, general rütbəsi geri alınacaq - YENİLƏNİB

30 Oktyabr 2017, 17:57

Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarova 12 il həbs cəzası verilib.

Modern.az xəbər verir ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov bu haqda hökm çıxarıb.

Hökmə əsasən, Çovdarovun rəhbərlik etdiyi idarənin daha üç işçisi - MTN polkovniki Səlim Məmmədov 11 il, mayor Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum edilib.

Zərərçəkmişlərin Akif Çovdarov və digər təqsirləndirilən şəxslərə qarşı mülki iddiaları da təmin olunmayıb


Məhkəmə həmçinin A.Çovdarovun general hərbi rütbəsinin alınması üçün dövlət başçısına müraciət göndərmək barədə qərar qəbul edib.


Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.

Prokuror A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, O.Osmanov və A.Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini istəyib. A.Əliyev və O.Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!