Modern.az

Uşaqları girov götürən silahlı direktorun kürəkəni olub - Yenilənib

Uşaqları girov götürən silahlı direktorun kürəkəni olub - Yenilənib

30 Oktyabr 2017, 20:44

Ermənistan Armavir şəhərindəki uşaq bağçasına silahlı hücum edən şəxslə bağlı yeni məlumat yayılıb. Məlumata görə, həmin şəxs bağça direktorunun keçmiş kürəkəni olduğu ehtimal edilir.

Həmin kişi uzun müddətdir keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd edirmiş. Buna nail ola bilməyən kürəkən bağçaya hücum edərək keçmiş həyat yoldaşı və uşağı ilə görüş tələb edib.

 

 

18:08

 

Yerevandan 48 km qərbdə yerləşən Armavir şəhərində naməlum kişi uşaq bağçasının işçilərini və uşaqları girov götürüb.

 

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, Ermənistan polisinin mətbuat xidmətinin məlumatına görə, “müvafiq məlumat alındıqdan sonra hadisı yerinə operativ qrup çıxıb”.

 

Yerli KİV xəbər verir ki, uşaq bağçasına bıçaqla silahlanmış şəxs hücum edib. Hələlik onun heç bir tələb irəli sürmədiyi bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi