Modern.az

Daşkəsəndə meşə yanğını başladı

Daşkəsəndə meşə yanğını başladı

Aktual

30 Oktyabr 2017, 20:23

Bu gün axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Modern.az -a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.

Güclü və isti külək olmasına baxmayaraq, hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər