Modern.az

Maye qazdoldurma məntəqəsindəki partlayışın səbəbi araşdırılır - RƏSMİ

Maye qazdoldurma məntəqəsindəki partlayışın səbəbi araşdırılır - RƏSMİ

Aktual

30 Oktyabr 2017, 23:54

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı məlumat yayıb. Modern.az nazirliyin saytına istinadən  xəbər verir ki, Ağcabədi rayonunun Boyad kəndində maye qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və ümumi sahəsi 12 kvadrat metr olan operator otağının dam örtüyü qismən yanıb.

 

Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılıb. İlkin məlumata görə, 1 nəfər - 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır