Modern.az

"Gənc Liderlər" "İslahatçı Gənclər" oldu

"Gənc Liderlər" "İslahatçı Gənclər" oldu

14 İyun 2011, 14:53

5 ildir ki, Azərbaycanın gənclər sektorundan fəaliyyət göstərən "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatı  bundan sonra "İslahatçı Gənclər" İctimai Birliyi kimi dövlət qeydiyyatına alınmış şəkildə fəaliyyət göstərəcək. Qurumun mətbuat xidmətinin məlumatına görə, iki təşkilatın ötən həftə keçirilən birgə iclasında iki gənclər birliyinin birləşməsi və "İslahatçı Gənclər" İctimai Birliyi adı altında fəaliyyət göstərməsi qərara alınıb.
İclasda "Gənc Liderlər" UGT-nin rəhbəri Fərid Şahbazlı "İslahatçı Gənclər" İctimai Birliyinin sədri seçilib.

Yeni fəaliyyətə başlayan "İslahatçı Gənclər"in əsas məqsədi ölkədə həyata keçirilən islahatlara dəstək vermək, müxtəlif istiqamətlər üzrə təkliflərlə çıxış etmək, gənclərin ictimai-siyasi proseslərdə iştirakına yardım göstərməkdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi