Modern.az

Etibar Məmmədov Avropada çıxış etdi

Etibar Məmmədov Avropada çıxış etdi

Aktual

31 Oktyabr 2017, 11:54

Oktyabrın 28-30  da Azərbaycan Milli İstiqlal Partiyasi ilə İsveçin Moderat Partiyasnın Jarl Hjalmarson Fondunun birgə təşkilatçılığı ilə “Avropa dəyərləri- onları Azərbaycanda necə təşkil etməli” mövzusunda beynəlxalq konfransı keçirilib.

 

Modern.az AMİP-ə istinadən xəbər verir ki, 4 sessiyadan ibarət olan konfransı AMİP-in Beynəlxalq əlaqələr katibi Elşən Mustafayev ve Moderat Partiyasının rəsmi numayəndəsi Riçard Tornqvist af Strom açıq elan ediblər.

 

Konfransın  iki günündə ATƏT-in Parlament Assamblyasının vitse-prezidenti xanım Marqareta Sederfelt iştirak edərək 2 sessiyada əsas məruzəçi olub və Avropa dəyərləri –onların Azərbaycanda təşfiqi, Avropa İttifaqına inteqrasiya AMİP-in bu istiqamətdə fəaliyyəti ilə bağlı qarşılıqlı fikir müdalələri və diskusiyalr keçirilib Eyni zamanda Stokholm şəhər şurasının komissarı Cənab Kristoffer Tomsons “Bu günün geosiyasi prespektivlərindən irəli gələn cari problemlər”, “Zamanımızın böyük sülh lahiyəsi”,” mövzusunda geniş məruzələr etmişdir .

 

AMİP-in isə əsas məruzəçisi kimi isə AMİP lideri Etibar Məmmədov çıxış edib. Çıxışında Azərbaycanın Avropa İttifaqı ilə əlaqlərinin inkişaf elətdirilməsinin vacib olduğunu , Avropa institutlarından təcrid olunmasının isə yolverilməz olduğunu qeyd edərək ölkədə hamını  bu istiqmətdə fəaliyyət göstərməyə çağırıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir