Modern.az

“Bakı-Tbilisi-Qars”la yola salınan ilk qatarın Türkiyəyə çatacağı vaxt AÇIQLANDI  

“Bakı-Tbilisi-Qars”la yola salınan ilk qatarın Türkiyəyə çatacağı vaxt AÇIQLANDI    

31 Oktyabr 2017, 12:34

Oktyabrın 30-da Azərbaycan paytaxtındakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılış mərasimi keçirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətlərinin qatıldığı mərasimdə dövlər başçıları çıxış ediblər.

Daha sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurublar və yoldəyişən qurğunu işə salıblar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salınıb.

 

“Azərbaycan Dəmir Yolları “QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Modern.az-a deyib ki, qatar noyabrın 1-də Gürcüstanda, noyabrın 2-də isə Türkiyə ərazisində olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?