Modern.az

Pensiya yaşına çatan 13 məktəb direktoru işdən azad olunacaq

Pensiya yaşına çatan 13 məktəb direktoru işdən azad olunacaq

Təhsil

14 İyun 2011, 15:14

Gəncənin ümumtəhsil müəssisələrində pensiya yaşı tamam olduğundan 13 məktəb direktoru vəzifəsindən azad olunacaq.

Bu barədə Modern.az-a Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib.Bildirilib ki, şəhərin ümumtəhsil müəssisələrində 65 yaşı tamam olan və bu ilin dekabr ayının 31-dək 65 yaşı tamam olacaq işçilərin sayı 1058 nəfərdir. Onlardan 13 nəfəri direktor, 440-ı direktor müavini və müəllimlər, 582 nəfəri texniki işçi, 23-ü isə digər işlərdə çalışanlardır. 

Təhsil Nazirliyinin açıqlamasına görə, isə  hazırda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın ümumtəhsil məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17 min 471 nəfər çalışır. Onlardan 497-si direktor, 11 min 385 nəfəri direktor müavinləri və müəllimlərdir. Qalan 449 nəfər isə laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb işçisi və sairdir. 65 yaşı tamam olmuş və ya tamam olacaq işçilərin 5 min 140 nəfəri isə texniki işçilər, yəni anbardar, ocaqçı, sürücü, aşbaz, gözətçi və sairdir.

Xaliq Qurbanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü