Modern.az

Magistraturaya ixtisas seçimi üçün nəzərdə tutulan vaxt uzadıldı

Magistraturaya ixtisas seçimi üçün nəzərdə tutulan vaxt uzadıldı

14 İyun 2011, 15:25

Modern.az-ın məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral 2011-ci il tarixində keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılan bakalavrların proqram və ixtisaslaşma seçimi etmələri üçün nəzərdə tutulan vaxt 16 iyun 2011-ci il saat 11:00-dək uzadılıb.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Xatırladırıq ki, imtahanın ikinci mərhələsinə buraxılan bakalavrlardan qeyd olunan tarixədək internetlə proqram və ixtisaslaşma  seçimi etməyənlər  iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, TQDK fevralın 20-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahanlar respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib. İmtahanda iştirak etmək üçün 16510 bakalavr sənəd vermişdi. Onlardan 14447 nəfəri Azərbaycan bölməsi, 2063 nəfəri rus bölməsi üzrə imtahan verib.

Ali məktəblərin magistratura pilləsinə keçirilmiş imtahanlarda 7740 bakalavr ikinci mərhələyə buraxılıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?