Modern.az

Rüstəm İbrahimbəyov 2018-ci ilin prezident seçkilərinə qatılmayacaq

Rüstəm İbrahimbəyov 2018-ci ilin prezident seçkilərinə qatılmayacaq

31 Oktyabr 2017, 15:45

“Hazırda Azərbaycana gəlmək haqqında düşünmürəm. Sadəcə olaraq uzaqdan prosesləri izləyirəm. Milli Şuranın mitinqlərini böyük həvəslə izləyir və dəstək verirəm. Amma 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə maraqlanmıram”.


Bunu Modern.az-a açıqlamasında tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov deyib.

Kinorejissor Azərbaycanın tanınmış diktoru Rafiq Hüseynovun vəfat etməsi xəbərinə çox üzüldüyünü dilə gətirib.

“Axırıncı dəfə mənə təsir edən hadisə tanınmış diktor Rafiq Hüseynovun vəfat etməsi oldu. Bu xəbərə çox təəssüfləndim. Ona görə də onun haqqında yazı yazdım. Amma Rafiqin vəfatı ilə bağlı görəcəyim işlərdən danışmaq istəmirəm. Öz səhhətimə gəlincə, hər şey qaydasındadır. Elə bir ciddi şikayətim yoxdur”.

Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri ərəfəsində öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkilib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu