Modern.az

11 sentyabrda doğulan göz həkimi - Bəşər Əsəd - FOTOLAR

11 sentyabrda doğulan göz həkimi - Bəşər Əsəd - FOTOLAR

Dünya

25 İyul 2012, 16:55


Hakimiyyətinin böhran dövrünü yaşayan Suriyanın XVI prezidenti,  Bəşər Əsəd 12 ildir ki, iqtidardadır. İndi bütün dünya onun tezliklə deviriləcəyini düşünür və gözləyir...
Bəşər Əsəd 1965-ci il 11 sentyabrda Dəməşqdə Hafiz Əsədin ailəsində göz açıb. Bəşər Əsəd doğulandan beş il sonra -1970-ci ildə müdafiə naziri olan atası Hafiz Əsəd dövlət çevrilişi nəticəsində Suriyada hakimiyyət başına gəlib. 1971-ci ildə prezident seçilib. Əsəd nəsli ələvilər təriqətinin üzvləridir. Suriyada bu təriqətin üzvlərinin ümumi sayı 10-12 faizdir.

Hafiz Əsəd və övladları

Suriyalı fəllah Əli Süleymanın 11 uşağından 9-cusu Hafiz Əsəd 1958-ci ildə evlənib. O zaman Suriya Hava Qoşunlarının gənc zabiti olan Hafiz Əsədin seçimi gənz qız Anis olur. Varlı qəbilə saylan Məhluf qəbiləsindənolan Anislə evlilik gənc zabitə tezliklə öz maliyyə vəziyyətini düzəltmək imkanı verir. Hafiz və Anisin  ailəsində qızları Buşra, oğulları Basel, Bəşər, Mahir və Məcid dünaya göz açıb.

Əvvəlcə Hafiz Əsəd oğlu Baseli hakimiyyətə hazırlamaq istəyib. Basel təhsilinə görə, mühəndis idi. O, kompüterdən yaxşı baş çıxarırdı. İdmanda da nailiyyətləri var idi. 90-cı illərin ortalarında o atası kimi hərbidən partiya karyerasına qədər yol keçmişdi. Lakin onun 1994-cü ildə avtomobil qəzasında həlak olması atasının bütün arzularının üstündən xətt çəkdi.  Hafiz Əsəd yeni varis üzərində düşünməyə məcbur oldu. 

Dördüncü  oğlu Mahir Əsədin 42 yaşı var. Ərəb dünyasında özünün dəlisov xarakteri ilə tanınan Mahiri çox zaman Səddam Hüseynin oğlu Udayla müqayisə edirlər. Atası onun bu xarakterinin dəyişməsi üçün Mahiri orduya göndərir. Hafiz Əsəd sadəlövhcəsinə elə guman edirdi ki, ordu bu ipə-sapa yatmayan oğlunu ağıllandıracaq. Lakin Mahir prezident qvardiyasında kapitan rütbəsinə qədər yüksəsə də, həyat tərzini dəyişmək olmur. Mahir Əsəd hazırda Pespublika Qvardiyasına rəhbərlik edir. Özünün nüfuzuna görə, Suriyada ikinci adam sayılır. Onun adı ətrafında ciddi qalmaqal səngimir. Livan lideri Rafiq Həririni ölmünü təhqiq edən komissyanın rəyində bu qətlin sifarişçisi kimi Mahirin adı çəkilir. Suriya bu ittihamı rədd etsə də, komissiya mövqeyini dəyişməyib.

Ən kiçik oğlu Məcid 1979-cu ildə doğulub. Suriyada və kənarda Məcid haqqında yaxşı imic yoxdur. Onu “ana uşağı” sayırlar. Bundan əlavə Məcidin adı narkobizneslə bağlı qalmaqallarda da çox hallanıb. Odur ki, atası hesab edirdi ki, Məcid heç bir dövlət işinə və hərbiyə yarıya bilməz. Bəşər Əsəd ailədə üçüncü uşaqdır. Ondan böyük bacısı Buşra və qardaşı Baseldir.

Perspektivi olan göz həkimi

Bəşər özünün ibtidai və orta təhsilini elit ərəb-fransız litseyi sayılan Dəməşqin “Huriyyə” litseyində alıb. Məlumatlara görə, o yaxşı oxuyub və nümunəvi şagird olub. 1982-ci ildə litseyi bitirən Əsəd bakalavr dərəcəi alıb. Litseyi bitirdikdən sonra hərbi xidmətə gedən Bəşər qayıdanda Dəməşq Unversitetinin “həkim-oftalmoloq” fakültəsinə daxil olub. Maraqlıdır ki, atası Hadiz Əsəd də da bir zamanlar həkim olmaq istəyibmiş. Lakin ərəb-İsrail müharibəsi onun arzusunu yarıda qoyub.

1988-ci ildə Unversiteti bitirən Bəşər Dəməşqdə yerləşən “Tişrin” hərbi hospitalında göz həkimi işləməyə başlayır. Daha sonra 1991-ci ildə o, Londona təkmilləşmə üçün gedir. Burada Bəşər prezident oğlu kimi tanınmasın deyə başqa ad altında  “Müqəddəs Mariya” xəstəxanaında işləyib. İşlədiyi müddətdə Bəşər Əsəd beynəlxalq elmi simpoziumlarda iştirak edir, daha çox suriyalı siyasi intelektuallar dairəsində olmağı sevirdi.

1994-cü ilin fevralında Bəşər Əsəd Londondan təcili olaraq Dəməşqə qayıtmğa məcbur olur. Buna səbəb atasının hakimiyyətdə varis kimi təsdiq etdiyi böyük qardaşı Baselin 1994-cü ilin 21 yanvarında avtomobil qəzasında həlak olması olur. Hafiz Əsəd Bəəs Partiyasında müzakirələrdən sonra siyasi hakimiyyəti ötürmək üşün özünün varisi olaraq Bəşərin üzərində dayanır.

Məcburi varis

Bir sıra məlumatlara görə, Bəşərin namizədliyini Hafiz Əsədə general Behcət Süleyman təklif edib. Beləliklə, Bəşər həkimlik karyerasına son verərək atasının varisi postuna hazırlaşmağa başlayır.

Vətənə qayıdan sonra Bəşər Homs şəhərindəki hərbi akademiyaya qəbul olunur və dərhal Respublika Qvardiyasının kapitanı rütbəsini alır. Atası nüfuzlu və təcrübəli hərbiçiləri onun hərbi hazırlığının artırılmasına cəlb edir. Bir sıra məlumatlara görə, Bəşər Əsədin 1994-95-ci illərdə şəxsi hərbi məsləhətçisi rus zabiti olub. 1995-ci ildə Bəşər tank taboruna rəhbərlik etməyə başlayır. 1996-cı ildə mayor, 1997-ci ildə qəragah kurslarını bitirdikdən sonra polkovnik-leytenant rütbəsi verilir. 1999-cu ildə polkovnik olur. 

Bəşər paralel olaraq dövlət işləri ilə də məşğul olmağa başlayır. Atasının siyasi müşaviri kimi o, vətəndaşların müraciət və şikayətlərinə baxır və korrupsiyaya qarşı mübarizə üzrə büroya rəhbərlik edir. 1995-ci ildə o, ölkəyə qeyri-qanuni avtomobil gətirməyinə görə Suriya hərbi kəşfiyyatının rəisinin oğlu Məhəmməd Dubu həbs edir. Atası Əli Dub həm də böyük narkobaron imici qazanmışdı. Bir sıra ekspertlərin fikirncə, Dubu həbs etməklə Hafiz Əsəd prezidentlik uğrunda gələcək rəqibini məhv etmək məqsədi güdüb. Elə həmin il Bəşər itaətsizlik göstərdiyinə görə, Suriya xüsusi təyinatlı ordusunun komandanı Əli Heydəri istefaya göndərir. 1996-cı ildə isə Prezidentin qardaşı oğlu (əmisi oğlu)  Rifət Əsədə məxsus olan böyük restoranı bağlatdırır. Bəşər Əsədin apardığı antükorrupsiya tədbirləri nəticəsində korrupsiyada ittiham olunan Nazirlər Kabinetinin sədri Mahmud -əz-Zoabi 2000-ci ildə özünü kabinetdə güllələyir.

Bəşər eyni zamanda ölkədə investisiya siyasətinə rəhbərlik edir. O, “yeni suriyalılar” adlandırılan gənc biznesmenlərin maraqları üçün lobbiçilk edirdi. Bəşər həm də aktiv şəkildə xarici siyasətlə məşğul olmağa başlayır.

1994-cü ildən Bəşər Suriya Kompüter cəmiyyətinə rəhbərlik etməyə başlayır. Onun səyləri nəticəsində 1998-ci ilin sonunda Suriyada internet meydana çıxır. 2000-ci ildən isə mobil telefonlar işləməyə başalyır.

Bir sıra ekspertlərin fikrincə, Bəşər bu illərdə öz imicini xeyli dəyişir: O təvazökar və yumşaq göz həkimindən  enerjili, ədalətli öz komandası olan siyasətçiyə çevrilə bilir. Suriyada həmvətənliləri onu indi də “Doktor Bəşər” çağırırlar.

Bu zamanlarda atası Hafiz Əsədin səhhəti pisləşməyə başlayır. Bu səbəbdən Hafiz Əsəd 1999-cu ildə Bəəs Partiyasının əvvəlcədən planlaşdırılan qurultayını çağıra bilmir. Bu qurultayda Bəşər partiyanın mərkəzi rəhbər orqanına gətirilməli idi. 10 iyun 2000-ci ldə Hafiz Əsəd vəfat edir. Həmin gün parlament prezidentlik üçün lazım olan yaş həddini tələsik 40-dan 34 -ə salır. 11 iyunda prezident səlahiyyətlərini icra edən Həddam Bəşərə general-leytenant rütbəsi verir və onu ali baş komandan təyin edir. 17-20 iyun 2000-ci ildə Dəməşqdə keçirilən Bəəs Partiyasının qurultayında Bəşər Əsəd baş katib seçilir. 27 iyunda prezident səlahiyyətlırini icra etməyə başlayır.  İyulun 10-da referendum nəticəsində Bəşər Əsəd 92,29 faiz səslə Suriya prezidenti seçilir.

Özünün ilk prezidentlik illərində Bəşər həbsxanalarda olan siyasi məhbusları azad edir, Suriyada ilk müstəqil qəzet nəşr olunur, siyasi forumlar bərpa edilir. 2003-cü ilin martında parlamentə ilk dəfə olaraq müstəqil deputatlar keçə bilir. 10 may 2007-ci ildə Əsəd prezidentliyə vahid namizəd olaraq parlament tərəfindən təsdiq edilir. 27 may 2007-ci ildə 97,62 faiz səslə o, yenidən prezident seçilir. Növbəti prezidint seçkiləri 2014-cü ildə keçirilməlidir.

Bəşər Əsəd və Əsma: Dostluqdan sevgiyə aparan yol

Bəşərin həyat yoldaşı Əsmanın anası Suriyanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi olub. Atası isə Kardioloji Mərkəzin aparıcı məsləhətçisi olub. Əsma Londonda doğulub və boya – başa çatıb. Orada Kral kollecini bitirən Əsma kompüter elmləri və fransız ədəbiyyatı üzrə diplom alıb. Əsma kitab oxumaq həvəskarı olub. Bundan başqa, balet studiyasında məşğul olub. O, ərəb, ingilis, ispan və fransız dillərini sərbəst bilir.

Təhsilini bitirdikdən sonra Əsma nüfuzlu banklarda və şirkətlərədə kompüter mütəxəssisi işləyib. Bəşər Əsədlə o Suriyaya tətilə gələn zaman tanış olub. Bir qədər sonra Dəməşqdə təhsilni başa vuran Bəşər təkmilləşmə kursu keçmək üçün Londona gəlir. Londonda olarkən Bəşər Əsmanın valideynlərinin evinə tez-tez gəlirdi. Əsma özü zarafatla müsahibələrinin birində deyib ki, onların cütlüyü uşaqlıq dostluğunun sevgiyə neçə çevrilməsi barədə bir nümünədir. 

Bəşər Əsədin toyu 2000-ci ildə olub. Evlənən zaman Əsmanın 20 yaşı, Əsədin isə 30-dan bir qədər yuxarı yaşı var idi. Səhər bu toy barədə bütün qəzetlər yazsa da, səhifələri yalnız Bəşərin şəkilləri bəzəyirdi. Bu təbii idi. Suriyada şəxsi həyat qapalı qalırdı.
Bəşər Əsədin anası heç vaxt ictimaiyyət qarşısında görünməmişdi, müsahibə verməmişdi. Əsmanın gəlişi ilə bu ənənəyə son qoyuldu. İlk dəfə suriyalılar prezidentin xanımını 2001-ci ildə gördülər. Bəşər Əsəd Bolqarıstan prezidentini qarşılayarkən həyat yoldaşı ilə gəlmişdi. Aşıq paltarda gələn Əsmanın geyimi cəmiyyətə gur müzakirələrə rəvac verdi. 

Bu illər ərzində Bəşər Əsədin üç uşağı – iki oğlu və bir qızı doğulub. Bəşər böyük oğlunu atasının şərəfinə Hafiz adlandırıb. Ondan kiçik Kərim adlı oğlu və və Zen adlı qızı var. Prezident ailəsi hansı ölkəyə rəsmi görüşə gedirsə, uşaqlarını da özləri ilə aparırlar. Suriya əhalisi prezidenti və uşaqlarını küçədə gəzərkən, restornada oturarkan görə bilir. Birinici ledi qadınaların cəmiyyətdə rolunun artırılmasına yönəlik bir sıra mühüm sosial və humanitar layihələrə rəhbərlik edir.  2008-ci ildə Əsma Əsəd ərəb dünyasının birinci ledisi elan edilib.

 

 

 

 

 

 

 

 


Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir