Modern.az

Xaricdə yaşayan azərbaycanlı qızıl medal qazandı - FOTO

Xaricdə yaşayan azərbaycanlı qızıl medal qazandı - FOTO

Aktual

1 Noyabr 2017, 16:12

Xaricdə yaşayan soydaşımız dünya çempionatında qızıl medal qazanıb. İtaliyanın Karara şəhərində kikboksinq üzrə keçirilən dünya çempionatında (Unified World Championshi) Çexiyada yaşayan azərbaycanlı kikbokçular fərqlənib.

 

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, yeniyetmələr arasında fullkontakt qaydaları üzrə 60kq çəkiyədək yarışda çıxış edən həmyerlimiz 18 yaşlı Məhəmməd Cəfər final qarşılaşmada irlandiyalı idmançıya qalib gələrək, qızıl medala layiq görülüb.

 

Qeyd edək ki, Məhəmməd Cəfər bu ilin may ayında WKU Avropa çempionatında fullkontakt qaydaları üzrə yeniyetmələr arasında 60 kq çəki kateqoriyasında yarimfinal və final qarşılaşmasında Ermənistan təmsilçisinə qalib gələrək çempionatın qızıl medalını qazanmışdı.

 

Yeniyetmələr arasında 42 kq çəkidə iştirak edən Məhəmmədin kiçik qardaşı Əl Cəfər isə laytkontakt qaydaları üzrə çempionatın gümüş medalına layiq görülüb. O, iki döyüşdə qalib gələrək final qarşılaşmasında İngiltərə təmsilçisinə uduzub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi