Modern.az

Müdafiə naziri 15 il öncəki hərəkətinə görə istefa verdi

Müdafiə naziri 15 il öncəki hərəkətinə görə istefa verdi

2 Noyabr 2017, 00:58

Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon istefa verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, nazir keçmişdəki davranışı ilə bağlı iddialar səbəbindən bu addımı atıb.

Maykl Fallon qeyd edib ki, keçmişdəki davranışı Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmayıb.

O, həmçinin, əlavə edib ki, baş nazir və parlamentin indi bu məsələyə ciddi yanaşması düzgün addımdır.

Qeyd edək ki, sabiq nazirin 15 il öncə bir jurnalist qadının dizinə toxunması ilə bağlı yenidən gündəmə gələn iddialar nəticəsində istefa verdiyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?