Modern.az

Dünyada ən etibarlı noutbuklar məlum olub

Dünyada ən etibarlı noutbuklar məlum olub

19 Noyabr 2009, 14:54

Ən etibarlı noutbuklar "Asus" şirkətinin istehsal etdiyi portativ kompüterlərdir. Orta hesabla üç il ərzində "Asus" noutbuklarının cəmi 15,6 faizində problemlər olur. Bu barədə bir neçə il ərzində 9 şirkətin istehsal etdiyi 30 min noutbukun etibarlılıq səviyyəsini araşdıran "SquareTrade" şirkətinin hesabatında bildirilir.
Siyahının ikinci pilləsində "Toshiba" noutbukları yer alıb. Zəmanət üzrə üç il ərzində bu portativ kompüterlərin 15,7 faizinə dair müraciət qeydə alınıb. Etibarlılıq reytinqinin üçüncü yeri 16,8% göstəricisi ilə "Sony" noutbuklarına məxsusdur.
"Apple" noutbukları dördüncü yerdədir. Üç ərzində onların 17,4, iki il ərzində isə 10 faizində problemlər yaşanır. Reytinqin beşinci pilləsində 18,3 faiz zəmanət müraciəti ilə "Dell" şirkətinin portativ kompüterləri yer alıb. Altıncı yerdə 21,5 faizlə "Lenovo" yerləşdirilib.
"SquareTrade"in təqdim etdiyi siyahıda 7-ci yer "Acer" noutbuklarına məxsusdur. Üç il ərzində onların 23,3 faizi zəmanət təmirinə gətirilir. Səkkizinci yerin sahibi 23,5 faizlə "Gateway" noutbuklarıdır.
9 istehsalçıdan ibarət etibarlılıq siyahısının sonuncu pilləsində "HP" şirkətinin noutbukları yer alıb. İki il ərzində satılmış "HP" noutbuklarının 15 faizi, üç il ərzində isə 25,6 faizi zəmanət təmirində olur.
"SquareTrade" məlumat yayıb ki, istənilən istehsalçının nasaz noutbuklarının sayı bir illik istifadədən sonra xeyli artır. Şirkətin hesabatında qeyd olunur ki, alınandan bir il sonra 4.7% portativ kompüterdə problemlər yaranır. İkinci il ərzində bu rəqəm 12,7 faizədək arta bilər. Üçüncü istifadə ilində isə 20,4 satılmış noutbuk zəmanət təmirinə gətirilir. Tədqiqatçılar həmçinin bildiriblər ki, netbuklarda nasazlıqlar noutbuklardan daha çox olur.
 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir