Modern.az

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə edəcək

Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə edəcək

Aktual

2 Noyabr 2017, 11:31

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə  Ərdoğan türkliyəli jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə Dağlıq Qarabağ probleminin həlli üçün Türkiyə ciddi təşəbbüslə çıxış edəcək:

 

“Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki bu, sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək".

 

Ərdoğan bildirib ki, Türkiyə 2018-ci ildə Qafqaz İslam Ordusunun qurulmasının 100 illiyini Azərbaycanla bir yerdə qeyd edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!