Modern.az

Əhliman Əmiraslanov Dağıstanın fəxri adına layiq görüldü

Əhliman Əmiraslanov Dağıstanın fəxri adına layiq görüldü

2 Noyabr 2017, 14:31

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, AMEA-nın Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan və Dağıstan arasında elmi əməkdaşlığın inkişafındakı xidmətlərinə görə  “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

Modern.az xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Dağıstan Xalq Məclisinin sədri Xizri Şixsaidov bu gün Milli Məclisdə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” diplomunu və döş nişanını  Əhliman Əmiraslanova təqdim edib.

 

Görüşdə Azərbaycan və Dağıstan Respublikaları arasındakı əlaqələrin qədim tarixə malik olduğu və bundan sonra daha da möhkəmlənəcəyi qeyd edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir